“Euronews” telekanalı V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı haqqında reportaj yayımlayıb

Reportajda Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilən “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunduğu qeyd edilib.

Üç gün davam edən  festivala dünyanın üç qitəsinin – Asiya, Afrika və Avropanın on ölkəsindən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın regionlarından folklor kollektivləri qatılıb.

Süjetdə festivalın Şuşada  keçirilməsi xüsusi vurğulanaraq, Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı olması ilə yanaşı, təbiətinin gözəllikləri, sıldırım qayaları, Cıdır düzünün gözəlliyi qeyd edilir.

Reportajda həmçinin Şuşanın əsrarəngiz gözəlliyi fonunda festivalın rəngarəngliyi və multikultural Azərbaycanın mədəni müxtəlifliyi haqqında söz açılır.

Verilişi aşağıda qeyd olunan link vasitəsilə ilə izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=zYZmbn89UB8

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.