Ermənistan-Azərbaycan sərhədindəki əməliyyatın NƏTİCƏLƏRİ

Siyasi şərhçi Asif Nərimanlı sentyabrın sentyabrın 13-də Ermənistan-Azərbaycvan sərhəddində baş vermiş toqquşmanın nəticələrini qiymətləndirib.
O, yeddi saatlıq əməliyyatın nəticələrini hərbi və siyasi olaraq belə dəyərləndirib:

“Hərbi nəticələr:

Birincisi, Ermənistanın sərhəd boyunca təhdid yarada biləcək hərbi infastrukturu sıradan çıxdı: hərbi hissələr və hava hücumundan müdafiə sistemləri;

İkincisi, erməni ordusuna ağır zərbə vuruldu: rəsmi məlumatda 49 itki deyilsə də, erməni mənbələrin məlumatı, eləcə də endirilən zərbələrin görüntüləri bunun qat-qat çox olduğunu deməyə əsas verir; məlumatlara görə, 200-ə yaxın canlı qüvvə itkisi olub, postlar darmadağın edilib, dəyəri yüzmilyonlarla olan iki ədəd S-300 raketi və artilleriya qurğuları sıradan çıxıb;

Üçüncüsü, strateji yüksəkliklər nəzarətə götürülüb: rəsmi açıqlamada Ermənistanın nəqliyyat-kommunikasiya sisteminə nəzarət imkanı əldə etdiyimiz qeyd olunur. Qeyri-rəsi məlumatlara görə,

– 100 kvadratkilometr ərazi ordumuzun nəzarətinə keçib;

– İrəvan-Gorus yolu ordumuzun bir atış məsafəsi qədər nəzarintədir;

Strateji yüksəkliklərə nəzarət Ermənistanın sərhəddə Azərbaycana qarşı təhdid potensialını da sıradan çıxarır.

Siyasi nəticələr:

Birincisi, hərbi gedişlə masadakı gündəliyi dəyişməyə çalışan Ermənistan istəyinə nail ola bilmədi və bu, İrəvanın tələblərlə razılaşmaqdan başqa yolunun olmadığını yenidən gündəmə gətirir;

İkincisi, Bakı həm Moskva, həm Brüssel masasındakı razılaşmların icrası tələbini sərtləşdirəcək: son əməliyyatın nəticələri Bakının diplomatiyada da əlini gücləndirə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.