Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, millət vəkili Tural Gəncəliyevin “Tezliklə ofisim Xankəndidən fəaliyyət göstərəcək. Hazırda şəhərdə yeni ofis binası üçün mümkün yerlər nəzərdən keçirilir” sözləri ermənilərin geniş müzakirəsinə səbəb olub.
Etmtv. news xəbər verir ki, Ermənistan mediası bunun baş verəcəyini yazır.
“Politik. am” saytı yazır ki, bir neçə həftə öncə teleqram kanallarında Azərbaycanın Xankəndidə Bakının rəsmi nümayəndəsinin ofisi üçün bina istədiyi haqda xəbərlər yayılmışdı:
“Erməni tərəfi bunu inkar etdi, indi Tural Gəncəliyev yaxın dövrdə Xankəndidə ofisinin açılacağını elan edir. Erməni tərəfi yenə inkar edəcək, amma müharibə göstərdi ki, Azərbaycan istədiyinə nail olur”. -Publika.az yazır.