Emin Əmrullayev əmr imzaladı – onların adı “Şərəf kitabı”na yazılacaq

Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb.

Əmrə əsasən, XI sinif məzunlarından 220 nəfər qızıl, 41 nəfər isə gümüş nişanla təltif edilib.

Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunub.

Qeyd edək ki, qızıl və gümüş nişanla təltif olunmuş təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.