MKS-nin 24 №li kitabxana filialı 21 sentyabr Beynəlxalq Sülh Günü münasibətilə Gəncə şəhər18 №li Körpələr evi – uşaq bağçasında “Dünyanın ehtiyacı sülh” adlı ədəbi-bədii kompozisiya keçirib. Tədbiri açan kitabxana filialının müdiri Rahilə Qasımova, uşaq bağçasının müdiri Mehriban Allahverdi uşaqları 21 sentyabr Beynəlxalq sülh günü münasibətilə təbrik etdilər, uşaqlara xoş arzularını çatdırdılar və “Sülhün carçıları gələcəyimiz olan uşaqlardır”- söylədilər.
Tədbirdə uşaqlar sülhə, vətənə aid şeirlər söylədilər, xoş nəğmələr və gözəl rəqslər ifa etdilər. Ədəbi-bədii kompozisiyada uşaqlar daim açıq səma altında azad, sülh və əmin-amanlıq şəraitində, atalı-analı yaşamaq arzusunda olduqlarını bildirdilər.
Sonda uşaqlar “Azərbaycanın gələcəyi bizimlədir” və “Uşaqlar sülh istəyir” sözlərini söylədilər.