Dünyanı erməni vandalizminə laqeyd qalmamağa çağırırıq!..

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə əlaqədar beynəlxalq ictimaiyyəyə müraciət edib. “Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram. Beynəlxalq təşkilatlar, hüquq müdafiə strukturları, kütləvi informasiya vasitələri və ictimai rəyin liderləri Azərbaycanın mülki əhalisinə qarşı bu cür vəhşicəsinə amansızlığı kəskin pisləməlidirlər”.
Bu, Mehriban xanımın beynəlxaql təşkilatlara, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlara erməni erməni barbarlığı, vandallığı ilə barədə birinci müraciəti, çağırışı deyil.
Xatırlayırsınızsa, Azərbaycanın Birinci Vitse-prezidenti iyulun 14-də Tovuzda erməni təxrinbatı zamanı baş verən zamanı beynəlxalq qurumlara, o cümlədən, adlarını “insan-hüquq müdafiə təşkilatları” qoyan “Freedom House”, “Amnesty International” və “Human Rights Watch”a törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırmışdı. “Nədənsə biz hələ onların səslərini eşitmirik. Ümidvaram ki, bu qurumlar yetərincə prinsipiallıq nümayiş etdirərək ikili standartlar siyasətindən əl çəkəcək və faktlara əsaslanan bəyanatlarla çıxış edəcəklər” deyən Mehriban Əliyevanın vurğuladığı kimi onlar ikili standartlar siyasətini davam etdirdi.
Üstəlik bir neçə gün əvvəl “Amnesty International” təşkilatı riyakarlıq və açıq saxtakarlıq edərək Azərbaycanım haqq səsinə xələl gətirən bəyanat verdi, guya ermənilərin hüquqlarını pozduğumuzdu bildirdi. İndi bu təşkilatın Gəncə hadisələri ilə bağlı susması erməni xislətli olmasını təsdiq etmirmi? İndi heç kim inkar edə bilməz ki, bu təşkilatlar erməni lobbisinin maliyyəsi ilə qərəzli və böhtan hesabatları hazırlayır.
Azərbaycana qarşı törədilən faşizm və nasizimi, zorakılığı, aqressiya və qeyri-insani hərəkətləri gösməyən və konkret təsirli addım atmaq istəməyən beynəlxalq institutların susqunluğuna nə ad vermək olar? İşğalçı və təcavüzkar ölkə 30 ildən çoxdur ki, ən şərəfsiz və hiyləgər siması ilə yalan və böhtanlar yayır. Ermənilərin feyk-xəbərinə inananlar, onların insanlıq əleyhinə cinayətlərinə göz yumanlara səslərini ucaltmayan “demokratiya”, “insan hüquqları” “çarcıları”nın seyrçi qalması onların özlərinin insanlığını şübhə altına alır. Əgər kimsə erməni terrorizminə qarşı lal və kor qalırsa, onun insan adlandırmaq olmaz.
Dünyada bu cür haqsızlığın, qeyri-inasani davranışın davam etməsinə baxmayaraq bu gün yumruq kimi birləşmiş Azərbaycan xalqı və dövləti haqq mübarizəsini uğurla aparır. Bizə qardaş Türkiyənin möhtəşəmliyi ilə hər mənada arxamızda dayanması, haqq və ədalətin tərəfində olan ölkələrin dəstəyi kifayət edir. Bizə riyakar dünya ölkələrinin dəstəyi lazım deyil, heç lazım deyil. Azərbaycanın Birinci Vitse-prezidentinin vurğuladığı kimi “bu gün xalqımızın birlik, həmrəylik, şəfqət və qarşılıqlı yardımə böyük qürur hissi yaşadır. “Həqiqət və ədalət bizim tərəfimizdədir! Biz zəfər çalacağıq! Qarabağ Azərbaycandır!”
Vaqif Abdullayev,
Siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü.
Şəkildə bunlar ola bilər: 1 nəfər, iri planda şəkil, bunu deyən yazı "Dünyanı ermani vandalizmina lageyd qalmamağa çağırırıq!"
Rəy
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.