Dünəndən bu günə bir Azərbaycanlı gənci

2014-2018!  Bu vaxt məsafəsində olan tarıx mənim üçün çox dəyərlidir. 10-cu sinif şagirdi, heç bir aktivliyi olmayan bir İsmayıl düşünün…Bir gün televiziyada gördüyüm “Bakı 2015 İlk Avropa Oyunları” haqqında verilişlər  məni bir gənc kimi fəal olmağa səsləyən həyatımın başlanğıcı oldu…
2015-ci ildə BEGOC ofisində qeydiyyatdan keçərək,  müsahibəyə qatıldım, orada könüllü olaraq çalışdım. Yorulmurdum. işləmək, yeni-yeni dostlar qazanmaq nəsə yeni bir şey öyrənmək, öyrəndiklərimi həyatda tətbiq etmək və dünyagörüşümü artırmaq məqsədi ilə əlimdən gəldiyi qədər hər bir təlimə, seminara qatılırdım. Elə həmin il ASAN Xidmətdə könüllü çalışdım və 1-ci dərəcəli sertifikat əldə etdim. Formula 1 yarışlarında könüllü kimi qatıldım. O zaman 11-ci sinif şagirdi idim və formula 1  2016-cı ildə  ölkəmizdə ilk dəfə idi ki,keçirilirdi. Çox çətin oldu, bununla belə bu, qəbul imtahanı ərəfəsində mənə bir çox çətinlik yaratsa da, mən çətinliklərdən qorxmadım, həm könüllü kimi çalışdım, həm də universitetə qəbul oldum. Özümdə düzgün şəkildə özünü ifadə etmək qabiliyyəti  hiss etdim. Yeni dostlar qazanmaq, ətrafıma fəal gəncləri toplamaq bacarığı məni təhsildə, ictimai işlərdə daha da fəal olmağa və inkişaf etməyə doğru addım atmağa həvəsləndirdi. Universitetdə belə könüllü fəaliyyətimi dəvam etdirmək qərarını aldım. Birinci kursun imtahan sessiyasında fakültənin ən aktiv tələbəsi adına layiq görülərək, fakültə Gənclər Təşkilatının sədri seçildim. Sonra 4-cü İslam Həmirəylik Oyunlarında Transport team leader vəzisində çalışdım. Daha sonra isə Formula 1 2017-ci ildə keçirilən yarışda könüllü kimi çalışdım. 2017/2018-ci illərdə  Müəllimlərin İşə Qəbulunda baş nəzarətçisi kimi çalışdım. Elə həmin ərəfələrdə Dünya Skautlar Konfransı keçirilirdi. Orda da könüllü kimi çalışırdım. Artıq 2-ci kursdan başlayaraq, Təhsil Nazirliyi Tabeliyində BİR tələbə Könüllü Proqramının Azərbaycan Texnologiya Universitetinin koordinatoru vəzifəsini icra edirəm. 2017-ci ildə Universitetimizdə keçirilən sorğuya əsasən “İlin ən fəal tələbəsi” adına laiq görüldüm və TGT-də sədr müavini təyin edildim. 2018-ci ildə Formula 1 yarışlarında Marşal kimi çalışdım. BİR Tələbə Könüllü Proqramının keçirtdiyi BİR Akademiyada təlim keçərək daha da inkişaf etdim. Daha sonra  “Regional İnkişaf” İctimai Birliyi könüllülərinin birinci ümumrespublika konfransının və  Azərbaycan Gənclərinin VIII Forumunun  iştrakçısı oldum. Bu nailiyyətlərim məni gələcək işlərimdə daha aktiv və fəal olmaq üçün daha da həvəsləndirdi.

3 milyona yaxın gənci olan müstəqil respublikamızın ən fəal gəncləri sırasında olmaq, mənim üçün bir fəxrdir. Haradasa uğur qazanmışamsa mən, qatıldığım təlimlərə, seminarlara, yerli və xarici tədbirlərə, beynəlxalq konfranslara borcluyam. Orda görüb götürdüyüm təcrübə hazırkı cəmiyyətdə hansısa məqama çatmaq üçün mənə çox kömək oldu.

Mən hər zaman istər təhsil aldığım Uteca Azərbaycan Texnologiya Universitetinin tələbələri, istərsə də digər gənclərlə etdiyim söhbətlər zamanı ictimai və sosial aktivliyə səsləyir, öz şəxsi təcrübəmi heç şübhəsiz ki, onlarla bölüşmüşəm.

Bizim bir vətənimiz, bir dövlətimiz var və  dövlətimiz hər zaman gənclərə böyük qayğısını və diqqətini əsirgəmir. Biz də öz növbəmizdə bu  qayğı və  diqqəti lazımı qədər dəyərləndirməli, bacardığımız qədər dövlətimizə xidmət etməliyik.

Sizin nəzərinizə Respublikamızın Prezidenti İlham Əliyev cənablarının gənclər üçün dediyi sözləri xatırlatmaq istəyirəm: -“Bizim taleyimiz öz əlimizdədir. Mən Azərbaycan gənclərinə üz tutub deyirəm, ölkəmizin gələcəyi sizin əlinizdə olacaq. Biz gənclərimizlə fəxr edirik. Bu gün yetişən gənc nəsil Azərbaycanı gələcəkdə idarə edəcək, müstəqillik yolu ilə xoşbəxt gələcəyə aparacaq.”

Azərbaycan Gənci hər şeyi görür və daim öz alternativsiz seçimi olan Cənab İlham Əliyevin ətrafında sıx birləşərək, yeni-yeni uğurların atılmasında, habelə ölkəyə, vətənə, millətə xeyir vermək üçün, əlindən gələni etməyə hazırdır.
Biz gənc olaraq bunu özümüzə borc bilirik! Qürur duyuruq ki, Ulu Öndərimizin uzaqgörən siyasəti bu gün əziz Prezidentimiz  İlham Əliyev cənabları  tərəfindən çox yüksək səviyyədə icra olunur.

Hal-hazırda Şamaxı şəhərində Vergilər Nazirliyinin Təlim və Tədris Mərkəzindəyik. Burda olmağımızın əsas səbəbi Könüllülərin Həmrəylik Festivalında iştirakımız ilə əlaqədardır. Burada yüzdən artıq hər hansı bir təşkilatda könüllü kimi çalışmış gənclər yığışıb.

Biz  Azərbaycan gənci olaraq və ən əsası da UTECA Azərbaycan Texnologiya Universitetinin tələbəsi kimi hər zaman ölkəmizdə olan hər bir inkişafı dəstəkləyirik. Və vətənimizə, dövlətimizə xidmət etməyə hər an hazırıq.

 İsmayıl Qaçaylı, Azərbaycan Texnologiya Universitetinin  İqtisadiyyat və İdarəetmə fakültəsinin 3-cü kurs tələbəsi.

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.