Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyətinin və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Gəncə Şəhər Komitəsinin təşkilatçılığı ilə Komitə üzvləri 8 Noyabr – Zəfər Günü münasibətilə Gəncə şəhərinə səfər ediblər.
Səfər çərçivəsində qonaqlar Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə törədilən terror nəticəsində dağılan ərazilərə baş çəkib, həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq əraziyə güllər düzüblər.
Daha sonra 12 saylı Ərazi Vergilər Baş İdarəsində Vətən müharibəsində iştirak edən İttifaq üzvləri ilə görüş keçiriblər. Görüşdə çıxış edən qonaqlar 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı cəmi 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Ordumuz tərəfindən düşmən tapdağından azad olunmasından bəhs ediblər. Bu yolda canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə can sağlığı arzulayıblar.
Sonra 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Vətən müharibəsində iştirak edən bir qrup əməkdaşına hədiyyəllər və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri diplomları təqdim olunub.
Bununla yanaşı, qonaqlar Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olan İttifaq üzvü Abdullayev Elçin Nadir oğlunun ailə üzvlərinə baş çəkiblər. Görüşdə şəhidimizin xatirəsi anılıb, onun müharibədəki igidlik və şücaətindən danışılıb.