Doğma məktəbinə Natiq Qasımovun adı verildi

Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun adı verilib.

Etmtv.news xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Elm və Təhsil Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, bu il Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Qasımov (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.