“Dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolunun artırılması” adlı maarifləndirici tədbir

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və “İslahatçı Gənclər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolunun artırılması” adlı gənclərin iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Milli Məclisin deputatı Pərvin Kərimzadə, “İslahatçı Gənclər” İB-nin rəhbəri Fərid Şahbazlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbənin müdiri Həsən Məmmədov, Politoloq Əhməd Şaidov, “İmamzadə” ziyarətgahının İmamı İlham Abbasov, “Az Xəbər” saytının rəhbəri Hacıbəy Heydərli çıxış edərək,
Azərbaycanın tolerantlıq və multikulturalizm dəyərlərinə bağlı bir ölkə olduğu fikirlərini səsləndiriblər, həmçinin gənclərin radikalizm və ekstremizm kimi mənfi təsirlərdən qorunmasının vacib olduğunu diqqətə çatdırıblar. Aərbaycanın qədim milli-mənəvi dəyərlərə malik olduğunu, gənclərimizin də bu ruhda tərbiyə olunduqlarını qeyd edərək, ölkəmizdə dövlət səviyyəsində dini radikalizm və ekstremizmə qarşı mübarizə aparıldığını və bu sahədə maarifləndirici tədbirlərin keçirilməsinin böyük rolunu söyləyiblər. Diskussiya şəklində davam edən tədbirin sonunda gənclərə təşkilatçılar tərəfindən kofe-breyk təşkil olunub. Keçirilən tədbirdə 100 yaxın gənc iştirak edib.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.