“Dezinformasiya ilə mübarizə üçün beynəlxalq platforma yaradılmalıdır” – Əhməd İsmayılov

II Şuşa Qlobal Media Forumunun əsas mövzusu dezinformasiyaya qarşı mübarizə idi.

Bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, forumu keçirməkdə məqsəd həm yerli, həm də beynəlxalq media ictimaiyyətinin diqqətini bu sahədə görülə biləcək tədbirlərə cəlb etmək olub:

“Forumun I günündə Prezident İlham Əliyevin forum iştirakçıları ilə görüşü Azərbaycanda media sahəsinə göstərilən diqqətin təzahürüdür. Forum çərçivəsində keçirilən panel sessiyada dezinformasiyaya qarşı mübarizə, eləcə də saxta xəbərlərin yayılması ilə bağlı məsələlər həm yerli, həm də beynəlxalq ekspertlərin diqqət mərkəzində oldu. Onların ümumi fikirləri bundan ibarət idi ki, dezinformasiya ilə mübarizə üçün beynəlxalq platforma yaradılmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.