Deputatlığa namizədlərin NƏZƏRİNƏ – Seçkiqabağı təşviqat başlayır

Gələn həftə – yanvarın 17-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqat başlayır.

Təşviqat səsvermə gününə – fevralın 9-na 23 gün qalmış başlanacaq və səsvermənin başlanmasına 24 saat qalmış – fevralın 8-də saat 08:00-da dayandırılacaq.

Təşviqatı qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi patiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri apara biləcəklər.

Deputatlığa namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Dairə Seçki Komissiyasına təqdim edilməsi müddəti isə sabah – yanvarın 10-da başa çatır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.