“Demokratik.az” saytının rəhbəri niyə həbs olunub? – DİN-dən açıqlama

Demokratik.az saytının rəhbəri Osman Nərimanoğlu (Rzayev) həbs olunub.

Sosial şəbəkələrdə Osman Rzayevin fəaliyyəti ilə bağlı həbs olunduğu iddia edilib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidməti ilə əlaqə saxladıq. Xidmət rəisi Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Osman Rzayevin tutulmasının onun fəaliyyəti ilə bağlı olduğu iddiaları həqiqəti əks etdirmir:

“Osman Rzayev törətdiyi konkret əmələ görə tutulub. Belə ki, o bu il iyunun 15-də Göygöl Rayon Mərkəzi Xəstəxanasının direktoru Vasif Əliyev, iyunun 16-da Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin müdiri İlqar Məmmədov, iyunun 18-də Göygöl Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Əlikömək Alıyev və həmin xəstəxananın həkimi Rəşad Əkbərovdan barələrində rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gələrək pul tələbinə görə tutulub.

Adları çəkilən 4 nəfərin şikayəti əsasında Cinayət Məcəlləsinin 182-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanıb”.

Cebhe.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.