Daha iki məktəb koronavirusa görə bağlandı

Azərbaycanda daha iki məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

Mektebgushesi.az xəbər verir ki, Hacıqabul rayonun Talış və Rəncbər kənd tam orta məktəbində müəllimlər arasında koronavirus xəstəliyi (COVID-19) yayılıb.

Bu səbəbdən məktəblər iki həftəlik karantinə bağlanıb.

Qeyd edək ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində əyani tədris dayandırılıb. Son günlər digər rayonlarda da bir neçə məktəb distant təhsilə keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.