Qalmaqallarla gündəmə gələn rəhbər təhsil işçilərlə bağlı görülən tədbirlər cəmiyyətdə heç də bir mənalı qarşılanmır. Təhsil Nazirliyi belə məsələləri daim gündəmdə saxlayır, milli təhsilimizdə baş verən neqativ hallara qarşı müəyyən tədbirlər görür, günahkarlar cəzalandırılır.
Aldığımız xəbərlərə görə, Bakı şəhər Yasamal rayon 53 saylı orta məktəbin direktoru Firəngiz Həsənova da işdən kənarlaşdırılıb.
Təhsil naziri Ceyhun Bayramovun imzaladığı əmrə əsasən, F. Həsənova vəzifəsindən azad edilib. Onun yerinə Əliheydər Kazımov adına 228 saylı tam orta məktəbin direktoru Rəşad Alcanov təyin edilib.
Qeyd edək ki, mətbuatda Firəngiz Həsənova və oğlu barəsində bir neçə dəfə qalmaqallı məlumatlar yayılıb.