Təhsil Nazirliyi elm adamlarını, təhsil işçilərini, valideynləri, aidiyyəti dövlət qurumlarını, müxtəlif ictimai birlikləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik layihələrinə dair rəy, irad və təkliflərini bildirməyə dəvət edir.
Etmtv. news xəbər verir ki, 2021-2022-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin II və VI sinifləri üçün yeni hazırlanmış və ya təkmilləşdirilmiş dərslik və dərsliklərin metodik vəsaitlərinə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb.
Bu məqsədlə dərslik və dərsliklərin metodik vəsaitlərinin layihələri www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilib. Yaxın müddətdə bütün layihələrin sayta yerləşdirilməsi başa çatacaq.
Sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilmiş dərslik komplektlərinin məzmunu ilə tanış olmaq, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq mümkündür. İrad və təkliflər derslik@edu.gov.az elektron ünvanına da göndərilə bilər.
Çağırışaqədərki hazırlıq dərsliyində bir çox çatışmamamzlıqlar mövcuddur. Dərsliyin 10- cu sinifində müıəllim üçün vəsaitdə planlaşdırma düzgün işlənilməməişdir. Bəzi mövzularda dövlət standartları düzgün reallaşdırılmamışdır. Dərslik özü şagirdlərin bilik, bacarıq və vərdişlərinə uyğun yazılmamışdır. Çünki dərslikdəki mövzular şagirdlərin yaş qrupu üçün çox ağır anlaşılır. Bir çox tapşırıqlar şagirdin yox hətta orduda xidmət edən zabitlərin meyarlarına uyğundur. Bu baxımdan Silahlar və Atəş hazırlığı böiməsində 25-ci paraqrafda 10 səhifəlik iriçaplı və bölük pulemyotlarının şagirdlərə mövzu kimi mənimsətmək düzgün deyil.
PK, PKM və PKT kimi pulemyotların təyinatı, ümumi quruluşu və taktiki – texniki xüsusiyyətlərinin şagirdlərə orta məktəb səviyyəsində mənumsətmək qətiyyən doğru yanaşma deyil. Belə ağır silahların natamam sökülüb yığılması qaydalarını şagirdlərə mənimsətmək praktik nöqteyi nəzərdən qətiyyən mümkün deyildir. Məktəblərin maddi texniki bazasında belə təlim silahları qətiyyən mövcud deyil.
26 cı paraqrafda 40 mm- lik RPQ-7 tipli tank əleyhinə əl qumbaraatanı silahının xüsusiyyətləri haqqında 2-3 səhifə kifayət edir. Lakin dərslikdə bu 8 səhifə təşkil edir. Bü cür mövzular orduya hazırlanan zabitlərin hazırlığında istifadə oluna bilər. Bu gün şagirdlərə məcburi olaraq əl qumbaraatanının müxtəlif mərmiləri haqqında və ya silahın müxtəlif atış nöqtələri haqqında məlumatların verilməsi əsla düzgün deyil.
Tibbi hazırlıq bölməsində şagirdlərə kifayət qədər lazım olan ilk tibbi yardım qaydalarının düzgün yerinə yetirilməsi haqqında məlumatlar kifayət qədər verilməyib, bu bölmə üzrə yalnız 38 ci paraqraf üzrə məlumatlar umimi şəkildə dərslikdə öz əksini tapmışdır. Lakin bu bölmədə tapşırıqlar bir neçə mövzu üzərində yazılmalıdır.
Sağlam həyat tərzi olan bölməsi yalnız 37 ci paraqraf ilə kifayətlənmişdir. Məlumatlar lazımi qədər deyil. Lakin bu bölmədə 2-3 mövzunun olması daha məqsədəuyğundur.
12 ci paraqrafda Motoatıcı manqanın quruluşu və döyüş nizamı düzgün verilməmişdir. Hər iki maşında döyüş nizamı səhv verilmişdir.
11- ci paraqrafda qoşun növü, xidmət və bölmə ( hissə birləşmə ) işarələrinin verilməsi və bunları şagirdlərə mənimsətmək qətiyyən lazım deyil.
24 cü paraqrafda 7,62 mm SVD tipli snayper tüfənginin taktiki-texniki xüsusiyyətləri və əsas hissə və mexanizimləri haqqında 2 səhifəlik məlumatlar kifayət edir. Lakin dərslikdə əlavə olaraq 4 səhifə şagird meyarına uyğun olmayan ağırlaşdırıcı məlumatlar verilmişdir. Eyni zamanda snayper tüfənginin əsas hissə və mexanizimləri yazıldığı halda , yanlış olaraq tüfəngin tap sökülmüş hissələri verilmişdir
Azərbaycan ordusu arsenalına daxil olan silahlar haqqında məlumatlar qətiyyən dərslikdə öz əksini tapmır.
İrad və təklifləri bildirdi: 2011 və 2014 cü il dərsliklərinin müəllifi Rövşən Qasımov.