Cinayətləri PROKUROR CİHAZ araşdıracaq

Çində alimlərin cinayətləri araşdırmaq üçün süni intellekt hazırladıqları açıqlanıb.

Yeni sistem 97 faiz dəqiqliklə işləyə biləcək.

Cihaz 2015-ci ildən 2020-ci ilə qədər 17 mindən çox cinayət işindən toplanan məlumatlardan istifadə edilərək quraşdırılıb.

Qurğu vasitəsilə internet fırıldaqçılığı, oğurluq daxil olmaqla Şanxayda ən çox danışılan 8 cinayətin üstünün açılmasında istifadə olunacaq.

Layihənin aparıcı alimi Şi Yonq A-nın sözlərinə görə, sistem polislərin gündəlik iş yükünü xeyli azaldacaq.

Qeyd edək ki, cihaza “prokuror” maşını adı verilib. (Lent.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.