Çin Xalq Respublikasının Şandon İpəkçilik İnstitutunun əməkdaşları ADAU-da səfərdə olub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Çin Xalq Respublikasının müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq əlaqələri genişlənir. Bu əlaqələr çərçivəsində bu ölkənin Şandon Kənd Təsərrüfatı Elmləri Akademiyasının İpəkçilik İnstitutunun əməkdaşları Vang Xiangyu, Lou Qinian, Vang Zhaohong, Zou Deqing, Tang Venqia ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, professor-müəllim heyətinin mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi məsələlərinin müzakirə olunması məqsədilə universitetə səfər ediblər. Qonaqları qəbul edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov universitetin tarixi, müasir vəziyyəti, aqrar təhsilə dövlət qayğısı, beynəlxalq əməkdaşlıq, o cümlədən Çin Xalq Respublikasının ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əlaqələr, müəllim və tələbə mübadiləsi, ipəkçilik sahəsində mütəxəssis hazırlığı və elmi araşdırmaların aparılması barədə danışıb.
Rektor həmçinin Çin Xalq Respublikasının Bakıdakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində son illərdə universitetin 40-a yaxın əməkdaşın bu ölkədə keçirilən təlimlərdə iştirak etməsi, ADAU-nun mühəndislik fakültəsində kompyuterlərlə təchiz olunmuş xüsusi auditoriyanın yaradılması, ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Vey Cinhuanın universitetə səfərini qonaqların nəzərinə çatdırıb.
İnstitunun diektor müavini xanım Vang Xiangyu qəbula görə nümayəndə heyəti adından rektora dərin təşəkkürünü bildirərək ADAU ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi, ipəkçilik sahəsində birgə elmi-tədqiqat işlərinin və kadr hazırlığının aparılmasının prioritet istiqamətlərindən danışıb.
Görüşdən sonra qonaqlar universitetin maddi-texniki bazası, auditoriyaları, tələbə evləri, mərkəzləri, laboratoriyaları, o cümlədən ipəkçilik laboratoriyası ilə yaxından tanış olublar.
Qeyd edək ki, 1903-cü ildə əsası qoyulmuş, özündə 16 idarəetmə bölməsini, 22 elmi-tədqiqat institutunu, 18 akademik bölməni özündə birləşdirən Şandon Kənd Təsərrüfatı Elmləri Akademiyası ilə ADAU arasında 2017-ci ildə əməkdaşlıq memorandumu imzalanmışdır. Əsası 1959-cu ildə qoyulmuş institut Şandon əyalətində ipəkçilik sahəsinin innovasiyalı inkişafı ilə məşğul olan yeganə elmi-tədqiqat müəssisəsidi
r.

 

.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.