“Çempionumuz” sosial idman layihəsi çərçivəsində növbəti görüş keçirilib

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə elan olunmuş 27 fevral – 05 mart İdman Həftəsi ərəfəsində Gəncədə “Çempionumuz” sosial idman layihəsi çərçivəsində növbəti görüş keçirilib
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “Azərbaycan İdman Könüllüləri” İctimai birliyinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq “Çempionumuz” adlı sosial idman layihəsi çərçivəsində növbəti görüş keçirilib.
Gəncə İdman Liseyində həyata keçirilən layihənin növbəti qonağı Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Fəxri Bədən tərbiyəsi və idman işçisi, Gəncə İdman Liseyinin direktoru Mehman Allahverdiyev və onun tələbəsi yunan-roma güləşi üzrə yeniyetmələr arasında Avropa çempionatında bürünc medala sahib olmuş Əli Əlizadə olmuşdur.
Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.
Sonra Mehman Allahverdiyev və onun tələbəsi olan Əli Əlizadə çıxış edərək, idman karyeraları barədə dinləyicilərə məlumat veriblər, şagirdlərə idmanla məşğul olmağı, pis vərdişlərdən uzaq durmağı tövsiyə ediblər və onları maraqlandıran sualları cavablandırıblar.
Tədbirin sonunda Mehman Allahverdiyevin idman fəaliyyəti haqqında videoçarx şagirdlərə təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.