Cənubi Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı sahəsində əməkdaşlıq çərçivəsində sistemlərin qurulmasının ilkin mərhələsi başa çatıb

Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA), İNPRO, WHYBIZ, ENEY şirkətləri ilə “Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı sahəsində əməkdaşlıq” çərçivəsində şirkət əməkdaşları və texnikləri tərəfindən Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun (HETİ) yeni istifadəyə veriləcək olan “İribuynuzlu heyvandarlıq” kompleksində nəzarət kameralarının, habelə sistem nəzarətini həyata keçirmək üçün lazım olan avadanlıqların qurulmasının ilkin mərhələsi baş tutub.

Şirkət əməkdaşları tərəfindən qurulan sistem ilə məsafədən kompleksə və kompleksdə saxlanılacaq heyvanlara nəzarət mümkün olacaq.

Xatırladaq ki, cari ilin aprel ayından başlayaraq Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) ilə müxtəlif layihələrin həyata keçirilməsi məqsədilə mütəmadi görüşlər keçirilib. 19.09.2023-cü il tarixində isə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA), İNPRO, WHYBIZ, ENEY şirkətlərinin nümayəndələri ilə “Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı sahəsində əməkdaşlıq” mövzusunda sınaq layihəsinin təqdimatı baş tutub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.