Cəza belə olar: 100-dən artıq gənc nalayiq əməllərə görə millət qarşısında üzr istəməyə məcbur edilib

Çeçenistan hökuməti Moskavadan respublikaya gətirilmiş 100-dən artıq gənci nalayiq əməllərə görə millət qarşısında üzr istəməyə məcbur edib.

Etmtv. news Rusiya mətbuatına istinadən xəbər verir ki, psixotrop maddələrdən istifadə edən bu gənclərlə Qroznıda respublika başçısı Ramzan Kadırovun müşaviri Adam Delimxanov və Daxili işlər naziri Ruslan Alxanov görüşüb.

Görüşə gənclərin yaxınları da dəvət edilib. Adam Delimxanov onların hərəkətini çeçen millətinə və müsəlmanlara yaraşmayan əməl kimi dəyərləndirib: “Belə hərəkətlərə görə şəxsləri yox, bütöv milləti günahlandırırlar”.

Adam Delimxanov gənclərin ictimai işlərə cəlb olunacaqlarını bildirib.

Öz əməllərindən peşiman olan günahkarlar hökumətin onları haqlı məzəmmət etdiyini vurğulayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.