Cəfər Cabbarlının Xızıdakı Ev-Muzeyində küləyin fəsadları tam aradan qaldırılıb.
Xəbər verdiyimiz kimi, yanvarın 13-də günün ikinci yarısında güclü külək Sumqayıt Regional Mədəniyyət İdarəsinin (RMİ) əhatə etdiyi Xızı rayonunda Cəfər Cabbarlının Ev-Muzeyinin dam örtüyünün bir hissəsini uçurtmuş, həmçinin muzeyin binasını elektrik enerjisi ilə təmin edən xətləri sıradan çıxarmışdı.
Mədəniyyət Nazirliyindən verilən xəbərə görə nazirlik tərəfindən dərhal verilən tapşırığa əsasən, muzeyin binasının dam örtüyündə aparılan bərpa işləri başa çatdırılıb.