Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə rəsmi səfərdədir. Məqsəd Türkiyənin Bursa şəhərində 30-31 mart tarixində keçiriləcək Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRSKOY) növbəti iclasında, həmçinin bir sıra rəsmi görüşlərdə iştirak etməkdir.
Martın 30-da nümayəndə heyəti hazırlıq işləri artıq başa çatmış “Bursa-2022” türk dünyasının mədəniyyət paytaxtı açılış mərasimində iştirak ediblər. Eləcə də türk dünyasını təmsil edən qonaqların və jurnalistlərin şəhər gəzintisi baş tutub.
Bursa qonaqlarını zəngin bədii proqramla qarşılayır. Bu il ərzində türk dünyasının əsas mədəniyyət mərasimlərinə ev sahibliyi edəcək bu qədim şəhər rəsmi heyətlər başda olmaqla qonaqlarına qucaq açır.
Daha sonra Bursada Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun sədrliyi ilə türk dövlətlərini təmsil edən heyət və beynəlxalq təşkilat rəhbərlərinin iştirakı ilə iclas keçirilib.