Göygöl kursları istər ölkə təhsilinə, istərsə də region gənclərinin inkişafına və təhsillənməsinə öz layiqli töhfəsini verməkdədir

Bu gündən Göygöl Təhsil Mərkəzi olaraq növbəti tədris ilinə start veririk. 8-ci tədris ilimizdə daha çox xidmət göstərib, daha çox fayda verməyi hədəfləmişik.

2012-ci ildə Balçılıda universitetə hazırlaşmaqda çətinlik çəkən şagirdlərimə dəstək olmaq üçün kurs açmaq xəyalına düşəndə 25 yaşında gənc müəllim idim. Mən yaxşı bilirdim ki, kənd yerində indiyədək olmayan bir işi görmək, kurs açmaq asan olmayacaq. Amma şagirdlərin çətinliklərini görmək və bununla razılaşmaq mənə daha çətin idi.

Təşəbbüsüm real görünmədiyindən yaxın ətrafımdan ailəm də daxil heç kim mənim fikirlərimi dəstəkləmədi. Mən isə hər şeyə rəğmən mövqeyimdə möhkəm dayanaraq gənc müəllimlərdən ibarət bir kollektiv yığdım, köhnə şəraitsiz bir idarə binasında kursumuzu açıq elan etdim. Və yaxşı ki, etdim! Bu kurs bu 7 il ərzində Balçılı məktəblərinin hər ikisinin, Göygöl məktəblərinin çoxunun, regionumuzdakı məktəblərin bir çoxunun rekord ballarını verən kurs oldu.

Bu gün fərqli yerlərdə 5 filialla fəaliyyətini davam etdirən Göygöl kursları onlarla müəllimə iş yeri, yüzlərlə abituriyent və valideynə ümid yeri olmaqla, istər ölkə təhsilinə, istərsə də
region gənclərinin inkişafına və təhsillənməsinə öz layiqli töhfəsini verməkdədir.

Bu faydalılığı artırmaq, mövcud tədris sistemimizdən daha çox insanın bəhrələnməsinə nail olmaq üçün bu sahədə pərakəndə fəaliyyət göstərən həmkarlarımıza, bizə rəqib sayılan repetitor müəllimlərə və kurslara, təhsil sahəsində iş qurub Vətənə və millətə fayda vermək istəyən hər kəsə ,,Franchise” yolu ilə əməkdaşlığa açıq olduğumuzu elan edirəm!

Bünyad Balakişiyev, Göygöl Təhsil Mərkəzinin direktoru

 

One Comment on “Göygöl kursları istər ölkə təhsilinə, istərsə də region gənclərinin inkişafına və təhsillənməsinə öz layiqli töhfəsini verməkdədir”

  1. Salam Bünyad müəllim. Sizə işlərinizdə bol bol uğur arzu edirəm. Bizim təhsilimizə sizin kimi müəllimlər lazımdır. Bu gün mən bir valideyn kimi öz övladıma nələrisə örgədə bilirəmsə Az-dilindən bu sizin mənə çəkdiyiniz əziyyətlər sayəsindədir.Çox sağ olun müəllim. Bu gün mən də sizin şagirdini kimi sizin uğurlarınıza sevinirəm və sizinlə fəxr edirəm.
    Hörmətlə_sizin ilk şağirdlərinizdən biri olan Əfsanə Məmmədzadə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.