O, şouda qaldığı təqdirdə aparıcı Sərxan Kərəmoğlunu çıxaracığını qeyd edib. Hətta Mənsurə digər iştirakçılar da dəstək olub. Bundan sonra, Sərxan müğənni Səmra Rəhimli, repçi Ramil Nabram və hədəfdə olan Mənsur Şəriflə ciddi şəkildə mübahisə edib. Qalmaqal zamanı qeyri-etik ifadələrə görə Ramillə Sərxanın səsi efirə verilməyib.
Bildirək ki, S. Kərəmoğlunun aparıcılıq etdiyi “Xoş gəldin” proqramı sosial şəbəkələrin hədəfində olmuşdu. Həmçinin, aparıcının müğənni Mətanət Əsədovanı öpməsi, Aysel Əlizadəni qucağına alması, divanda uzanaraq başını Roza Zərgərlinin dizi üstdə qoyması kanal rəhbərliyinin də xoşuna gəlməmişdi. Şirkətin prezidenti canlı efirdə nümayiş olunan biabırçı olaya görə verilişi bağladıb aparıcını isə işdən qovmuşdu.