“Qaydasında istifadə olunsa düşünürəm ki, peyvəndlərin effektivliyi yüksək olacaq. Koronavirus infeksiyasını idarə olunan bir səviyyəyə gətirib çatdırmağa imkan verəcək”.
Bu sözləri açıqlamasında allerqoloq-pulmonoloq Ramin Nəriman deyib.
Covidə qarşı peyvəndlənmənin nə qədər effekt göstərəcəyi haqda həkim danışarkan bildirb ki, hazırda dünyada bir neçə koronavirus əleyhinə peyvənd var. Onlardan ən effetivi Çinə məxsus olan “Sinovac” peyvəndi hesab olunur:
“İstənilən infeksion xəstəliyin profilaktikasında, qorunmasında ən yaxşı vasitə peyvənddir. Koronavirus da infeksion xəstəlikdir. Hazırda dünyada bir neçə koronavirus əleyhinə peyvənd var. “Oxford-AstraZeneca ” şirkətinə məxsus peyvənd, “Moderna”, Pfayzer-Biontek ”, Rusiyanın “Sputnik” peyvəndi və Çinin “Sinovac” peyvəndi və s. Onlardan ən effetivi Çinə məxsus olan “Sinovac” peyvəndi hesab olunur. Onun effektivliyi 91-97 faiz arasındadır. Bu günə qədər COVİD əlehinə olan peyvəndlər içərisində “Sinovac” COVID-19 əleyhinə olan peyvəndlərdən fərqli olaraq canlıdan alınıb. Digər peyvəndlər isə viruslara məxsus olan DNT və RNT zəncirlərindən alınmış fraqmentlər əsasında və ya kombinasiya şəkilində hazırlanıb. Qaydasında istifadə olunsa düşünürəm ki, peyvəndlərin effektivliyi yüksək olacaq. Koronavirus infeksiyasını idarə olunan bir səviyyəyə gətirib çatdırmağa imkan verəcək.
R.Nərimanın sözlərinə görə, bəzi xəstələr və xroniki xətəliyi olan şəxslər peyvənd oluna bilməyəcəklər:
“İstənilən peyvəndin olunmasında müyyən əks göstərişlər ola bilər. Bu əks göstərişlər mütləq və nisbi əks göstərişlər kimi 2 qrupa bölünür. Mütləq əks göstərişlər odur ki, heç bir halda o peyvəndi xəstəyə istifadə etmək olmaz, nisbi əks göstərişlərdə isə müyyən şərtlər daxilində peyvəndlərin istifadəsi yol verilən haldır. Ümumiyyətlə, qızdırmalı xəstəliklər zamanı, müəyyən xroniki xəstəlikləri olanlar, o cümlədən kəskinləşmə dövründə olan sistem xarakteri daşıyan birləşdirici toxmanın xəstəlikləri vaxtı, əvvəllər vurulmuş peyvəndlərə qarşı hər hansı bir allergik reaksiyanın və əlavə təsirlərin müşahidə olunması hallarında peyvəndlərin vurlması əks göstərişdir. Bunlardan başqa hər hansı bir zavodun istehsal etdiyi covid əleyhinə peyvəndə qarşı fərdi əks göstərişlər ola bilər. Belə hallarda həmin əks göstərişlər haqqında peyvəndi istehsal edən zavod məumat verir.
Həmçinin, həkim qeyd edib ki, infeksion xəstəlikdə əgər insan xəstələnib sağalırsa və ona qarşı immunitet formalaşırsa, onun peyvənd olunmasına gərək yoxdur:
“Covidlə xəstələnib sağalmış insanlara peyvəndin olunub olunmaması haqqında bu gün verilən qərar ondan ibarətdirki, həmin şəxslər hələlik peyvənd olunmasın. Ümumiyyətlə, infeksion xəstəlikdə əgər insan xəstələnib sağalırsa və ona qarşı immunitet formalaşırsa onun peyvənd olunmasına gərək yoxdur. Bir məsələ də var ki, müəyyən vaxtdan sonra infeksion xəstəliyə qarşı, məsələn, covidə qarşı formalaşmış immunitet itə bilər. Bunu da qanda olan immuncisimciklərlə müyyən etmək mümkündür. Əgər o immuncisimciklərin itməsi baş verirsə, o zaman həmin xəstəliyə qarşı peyvən olunmasına icazə verilə bilər. Yəni, insan covid-lə xəstələnib sağalıbsa, onun qanında covid əleyhinə immunoqlobulin M və immunoqlobulin G təyin olunur. Əgər immunoqlobulin G-nin miqdarı covidlə xəstələnməmiş insanlardakı səviyyəyə gəlib çatırsa, o zaman həmin şəxslərin covid əlehinə peyvənd olunmasına icazə verilə bilər”.