Bu il daha çox ölüm ola bilər – ÜST-ün Baş direktoru yeni aşıqlama verdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus pandemiya ilə bağlı yeni açıqlama verib. O, COVID-19 pandemiyasının ikinci ilində insan itkilərinin sayının artmasını istisna etməyib, virusun əvvəlki ildən daha çox ölüm gətirə biləcəyini bildirib. Bundan əlavə, ÜST rəhbəri vaksinasiyanı vacib sayıb: “COVID-19 artıq 3,3 milyon insanın həyatına son qoyub. Pandemiyanın ikinci ilinə qədəm qoymuşuq ki, bu ildə əvvəlkindən daha çox ölümlər baş verə bilər”.

Eyni zamanda, ÜST vaksinasiyanın virusun yayılmaması üçün 100 faizlik effekt verən müalicə üsulu olmadığını açıqlayıb. Çünki peyvəndlənən insanlar da xəstələnə bilərlər. Lakin onlar xəstəliyi daha yüngül formada keçirirlər. Məhdudiyyətlərin və ya maska taxmaqla bağlı xüsusi rejimin ləğvi qərarlarına gəldikdə isə, bu, ölkələrdə vaksinasiyadan keçən insanların sayına görə yox, COVID-19-un yayılma səviyyəsinə əsaslanmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.