Prezident İlham Əliyev: “Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşırıq”
…Azərbaycan dövləti və xalqının milli müstəqilliyimizin parlaq salnaməsi olan Azərbaycan Xalq Cümhuriyyətinə, onun qurucularına ən müqəddəs nemət kimi dərin və möhtəşəm məhəbbəti sonsuzdur, tükənməzdir. Xalq Cünhuriyyətinə dərin və sonsuz sevgisinin nəticəsidir ki, Cümhuriyyətin yarandığı şərəfli tarix – 28 May Respublika Günü kimi ölkəmizdə təntənə ilə geniş ümumxalq tədbiri, milli bayram kimi qeyd olunur.
… Prezident İlham Əliyevin milli dövlətçilik tariximizin qürur və şərəf səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinə dərin ehtiram hissi ilə yanaşır, Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verir, bu tarixi günü daim əziz tutur. Onun bu diqqətinin nəticəsində Xalq Cümhuriyyətinin qurucularının adları əbədiləşdirilib, həm ölkəmizdə, həm də bir çox xarici dövlətlərdə Respublika günü yüksək xalq bayramı kimi qeyd edilir.
… Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinə olan dərin ehtiramının nümunəsi olara AXC-nin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində abidə ucadılıb.
… Dövlətimizin başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalaması, 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və həmin il çərçivəsində ölkəmizdə və xarici dövlətlərdə silsilə tədbirlərin keçirilməsi, Azərbaycan Milli Ordusunun yaradılmasının 100 illiyinin qeyd olunması, sentyabrın 15-də Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm paradın keçirilməsi milli mənlik şüurumuzun, milli dövlətçiliyimizin şah əsəri olan Cümhuriyyətimizə diqqət və qayğısının göstəricisidir.
… Müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Bugünkü Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzuladığı qüdrətli dövlətdir. İndi Azərbaycanın əldə etdiyi uğurlar öz miqyası və əhəmiyyəti ilə seçilir. Bunun məntiqi nəticəsidir ki, hər bir Azərbaycan vətəndaşı qüdrətli, əzəmətli, müstəqil dövləti ilə fəxr hissi duyur. Prezident İlham Əliyevin fəxrlə bildirdiyi kimi bugünkü müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. “Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaradırıq”.
Vaqif Abdullayev,
Siyasi elmlər doktoru, professor.

