Bu gün müqəddəs Qurban bayramıdır! KİV-də, sosial şəbəkələrdə insanlar bu müqəddəs bayram münasibətilə öz ürək sözlərini yazır, xalqımızla bayram sevincini bölüşür, bu münasibətilə həmvətənlərimizi təbrik edirlər. Belə bir yazını Sizlərə təqdim edirik.
Əziz dostlar, dəyərli izləyicilərim!
Sizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.
İslam dininə qəlbən bağlı olan Azərbaycan xalqı, həmişə Qurban bayramını yüksək inam və ruh yüksəkliyi, həmrəylik, mərhəmət şəraitində qeyd edir. Ümummilli lider Heydər Əliyev xalqın qəlbən inandığı dini dəyərlərə bağlı olmaqla yanaşı, həm də müqəddəs İslam bayramlarının dövlət səviyyəsində qeyd olunmasını təmin etmişdir. Qurban bayramının da rəsmi dövlət bayramları sırasına daxil edilməsi məhz ulu öndərin təşəbbüsü və qayğısı sayəsində mümkün olmuş, Azərbaycan xalqının uzun müddət gizli keçirilən bütün dini bayramları dövlət səviyyəsində qeyd edilməyə başlanmışdır.
Bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu və inamlı inkişafı, ölkəmizdə hökm sürən sabitlik, birlik və tolerantlıq xalqımıza bütün dini mərasimləri, o cümlədən hər il həcc ziyarəti, ibrətamiz mərasimləri və ritualları ilə təntənəli şəkildə keçirdiyi Qurban bayramını qürur hissi ilə yaşamalarına, bayram sevincini məmnunluqla bölüşmələrinə şərait yaratmışdır.
Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevayanın mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn çoxşaxəli xeyirxah fəaliyyəti ölkəmizdə hökm sürən sabitlik, birlik və tolerantlığın daha da güclənməsinə mühüm töhfələr verir, ehtiyacı olanların problemləri ardıcıl şəkildə həll edilir. Mehriban xanım Əliyevanın insanlığın nicatına xidmət edən bu humanist fəaliyyəti təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da layiqincə qiymətləndirilir.
Əminəm ki, bu ilki Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcək.
Bayramınız Mübarək!
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü.