Bu gün Milli Məclisin yeni tərkibdə ilk iclası keçiriləcək

Martın 10-da VI çağırış Milli Məclisin yeni tərkibdə ilk iclası keçiriləcək.

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah parlamentin yeni tərkibdə ilk iclası keçiriləcək.

Bununla bağlı artıq 121 deputatın hamısı ilk iclasa dəvət olunub.

Qeyd edək ki, yeni çağırış Milli Məclisin ilk iclasının keçirilmə qaydası parlamentin Daxili Nizamnaməsi ilə tənzimlənir.

Nizamnamənin 2-ci maddəsində yazılıb ki, qanunverici orqanın növbəti çağırışının birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır.

Ən qocaman deputat Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və parlamentin sədri seçilənədək birinci iclası aparır.

Parlamentin ən qocaman deputatı isə Fəttah Heydərovdur. Onun 82 yaşı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.