Bu, Ermənistan üçün intihar olar – PUTİN

“Ermənistanın Qarabağla bağlı hazırkı razılaşmadan imtina etməsi ölkə üçün intihar olar”.

Bunu “Rossiya-24” telekanalına müsahibəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, razılaşmadan imtina böyük səhv olar.

 Putin həmçinin Şuşa ilə bağlı da maraqlı bir açıqlama verib. O bildirib ki, oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevi qaçqınların Şuşa şəhərinə qayıtması şərti ilə Qarabağda hərbi fəaliyyətləri dayandırmağa razı salıb, lakin Ermənistan bunun əleyhinə çıxış edib.

“RİA Novosti”nin məlumatına görə, Putin bildirib ki, 19-20 oktyabrda həm İlham Əliyev, həm də Nikol Paşinyanla bir sıra telefon danışıqları aparıb. Putinin sözlərinə görə, onun üçün gözlənilməz şəkildə İrəvan bu təklifi qəbul etməyib.

Rusiya lideri əlavə edib ki, döyüşlərin sona çatmasına qədər Qarabağda vəziyyət kritik olub, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar aparmaq vaxt çatışmazlığına görə mümkünsüz olub.

V.Putin bildirib ki, Ermənistanın Qarabağla bağlı 10 noyabrda əldə olunmuş razılaşmadan imtina etməsi ölkə üçün intihar ola bilər.

“Azərbaycan Silahlı Qüvvələri Şuşanı nəzarətə götürdü. Paşinyanın dediyi kimi, vəziyyət erməni tərəfi üçün kritik idi. Saatların hesabı gedirdi. Xankəndinin götürülməsi və sonrakı irəliləyiş mümkün idi”, – deyə V.Putin qeyd edib.

Rusiya prezidenti regionda qan tökülməsini dayandırmağa nail olmağın çox vacib olduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.