“British Council”ın yeni rəhbəri Azərbaycan Dövlət Aqrar Universitetində

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov “British Council” təşkilatının Azərbaycana yeni təyin olunmuş rəhbəri Frensis Qardener-Trexo ilə görüşüb.
Görüşdə İ. Cəfərov qonağa universitetin ən müasir standartlara cavab verən tədris korpusları, laboratoriyaları, Biotexnologiya mərkəzi, Tədris-təcrübə təsərrüfatı və s. barədə geniş məlumat verib. Qeyd olunub ki, Aqrar Universitetdə ingilis dilində təhsil alan tələbələrlə yanaşı bu dildə tədris edən müəllimlər də kifayət qədərdir. Sonra mümkün əməkdaşlıq imkanları müzakirə olunub.
Frensis Qardener-Trexo ADAU ilə Böyük Britaniya universitetləri arasında əlaqələrin qurulması, müəllim-tələbə münasibətlərində mobilliyin artırılması və məzunların qabiliyyəti üzrə fəaliyyətlərini dəstəkləyəcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.