Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Evdə qal, evdə yarat” təşəbbüsü çərçivəsində keçirilən tədbirlərin sırasında Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnısı müsabiqəsi elan edib.
Müsabiqə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Bakı şəhərində, aprel-may 2020-ci il tarixində keçirələcəkdir.
Müsabiqə bir kateqoriya üzrə – vətənpərvərlik ruhunda mahnı – seçim turundan olacaq. Seçim mərhələsi sənədlərə və audio yazılara əsaslanır və müsabiqənin iştirakçılarını müəyyənləşdiriləcəkdir. Müsabiqənin keçirilmə tarixi 10 aprel – 9 may, 2020-ci il tarixləri əhatə edəcək.
Müsabiqədə yaşı 20-dən yuxarı olan peşəkar bəstəkarlıq təhsili almış musiqiçilər iştirak edə bilər.