Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş Distant Respublika müsabiqəsi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 2020-ci ilin aprel-may aylarında  respublikanın uşaq incəsənət və rəssamlıq məktəblərinin şagirdləri arasında Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş Distant (məsafədən) Respublika müsabiqəsini keçirir. Müsabiqənin keçirilməsində əsas məqsəd gənc nəslin dünyada zorakılığa, imperializmə, bəşəriyyət üçün təhlükələrə, kütləvi insan tələfatına səbəb olan müharibələrə qarşı etiraz, həmçinin doğma Vətənə məhəbbət, Azərbaycan tarixinə, mədəni irsinə, milli mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə oluması, istedadlı uşaq, yeniyetmə və gənclərin dəstəklənməsindən ibarətdir.

Müsabiqə rəsm və əl işlərindən ibarət olaraq iki qrup (I qrup I-II siniflər, II  qrup: III-IV siniflər) üzrə keçirilir.

Rəsm və əl işlərinin mövzusu: Böyük Vətən müharibəsində faşizmə qarşı dünya xalqlarının, xüsusilə Azərbaycan xalqının, onun mərd insanlarının arxa və ön cəbhədəki fədakarlıqlarının tərənnümü.

Rəsm işləri kağız, kətan və digər materiallar üzərində A3 formatda olmalıdır. Müsabiqəyə istənilən texniki üsullarla (yağlı boya, quaş, akvarel, pastel, karandaş və s.) çəkilmiş rəsm əsərləri və əl işləri qəbul olunur. Hər bir tədris müəssisəsindən cəmi 8 ədəd rəsm əsəri və əl işi qəbul edilir və hər bir iştirakçı fərdi olaraq müsabiqəyə maksimum iki əsər təqdim edə bilər.

Müsabiqə distant (məsafədən) keçirilir, iştirakçının rəsm əsərləri və əl işlərinin fotosu, doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsinin surəti, anket – ərizə bir elektron qovluğa yerləşdirilərək 01 may 2020-ci il tarixindən gec olmayaraq Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin elektron poçt ünvanına elm.memim@gmail.com, göndərilməlidir.

Müsabiqənin qalibləri üçün hər qrup üzrə bir – I dərəcəli, iki – II dərəcəli, üç – III dərəcəli diplom və müvafiq hədiyyələr, fərqlənən iştirakçılar və laureatların müəllimləri üçün fəxri fərmanlar təsis olunur.

Onu da qeyd edək ki, Mədəniyyət Nazirliyi bu ayın əvvəlində Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnısı müsabiqəsinin elan olunmasını bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.