Müasir təhsil insan şəxsiyyətinin sosiallaşdırılmasının ən başlıca institutlarından biridir. Təhsilin başlıca məqsədi azad, məsuliyyətli, daim inkişafa can atan, bilikli, bacarıqlı, humanist şəxsiyyətin formalaşdırılmasıdr. Sevindirici haldır ki, müasir təhsil ocaqlarında çalışan müəllim və pedaqoq ordusu bu məqsədlərə çatmaq yolunda bütün səy və bacarığını həsr edir. Bu, müəllimlərdə müxtəlif pedaqoji konsepsiyalara dərindən maraq oyatmaqla, tədrisdə yeni təlim forma və metodların tətbiqinə də bir tələbat yaradır.
Təcrübə göstərir ki, şagirdlərin dərketmə prosesi daim dinamik inkişafdadır. Bu, həmçinin məktəbin, əməyin və digər amillərin təsiri altında inkişaf edə bilə, yaxud geriləyə, tənəzzül edə bilər. Məhz müəllimlərin səyləri nəticəsində uşaqlarda təhsil almağa həvəs, maraq və müsbət münasibət yaranır. Bu keyfiyyətlər orta məktəblərdə yeganə tədris forması olan dərslərdə öz təməlini tapır.
Mərəndskaya Elnarə Çingiz qızı biologiya müəllimidir. 2003-cü ildə məktəbi fərqlənmə attestatı ilə bitirmişdir .2003- 2007-cü illərdə GDU- də bakalavr, 2007- 2009-cu illərdə isə magistr pilləsi üzrə təhsil almışdır. 3 il təyinatla Daskəsən rayonu Mollahəsənli kənd orta məktəbində təyinatla müəllim işləmişdir. 2012-də Gəncə şəhər 32 nomrəli tam orta məktəbdə laborant işləmişdir. Dəfələrlə biologiya fənnindən yarışlar musabiqələr, sınaqlar təşkil etmişdir. Mudriyyət və Təhsil İdarəsi tərəfindən tərifnamələrə layiq görülmüşdür.2017- ci ildən Miq uzrə 51 bal toplayaraq, Gəncə şəhəri 37 nömrəli ümumi orta məktəbə biologiya müəllimi təyin olunmuşdur. 2 ildir ki, bu məktəbdə fəaliyyət göstərir. 5-6-7-8-9- cu siniflərə həyat bilgisi və biologiya fənnini tədris edir. Kecən il 6 /2sinif sagirdləri ile stem layihədə istirak etmiş və sertifikata layiq görülmüşdür. Dəfələrlə onlayn layihələrə qoşulmuşdur. Bu tədris ili ərzində 7-ci siniflər üzrə biologiya, kimya və fizika fənnlərindən, o cumlədən 6-cı sinif şagirdləri ilə biologiya fənnindən olimpiada, bilik yarismaları, açıq dərslər, viktorinalar, debat, sinaq imtahanlari, və s. təşkil etmişdir. Ötən tədris ilinin may ayında məktəbin müdriyyəti tərəfindən səmərəli pedaqoji fəaliyyətinə görə sertifkata layiq görülmüşdür.
Ruhulla Zahidov, yazıçı-jurnalist.