Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda təlim keçirilib

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən həyata keçirilən “Xəstəliklərə, quraqlığa və şoranlaşmaya davamlı mutasiya olunmuş pambıq toxumlarının yetişdirilməsi” lahiyəsi çərçivəsində 15-19 iyul  tarixlərində “Mutant seleksiya vasitəsi ilə xəstəliklərə, quraqlığa  və şoranlığa dözümlü mutant pambıq xətlərinin alınması” mövzusunda təlim təşkil olunub.

Pakistanlı mütəxəssis professor Məhəmməd Kaşif Riaz Xan tərəfindən aparılan təlimdə Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun əməkdaşları iştirak ediblər.Təlimdə radiasiya ilə şüalandırılmış toxumlardan alınan bitkilər üzərindəaparılacaq seleksiya prosesləri barədə məlumat verilib.

Daha sonra pakistanlı mütəxəssis və institutun əməkdaşları BMTB ETİ-nun təcrübə sahəsində olublar və şüalandırılmış toxumların tətbiq olunduğu pambıq sahəsinə baxış keçiriblər. İnstitutun alimləri ilə fikir mübadiləsi edən prof. Məhəmməd Kaşif Riaz Xan qeyd edib ki, stress faktorlarına dözümlü və məhsuldar pambıq sortlarının yaradılmasında nüvə texnologiyalarının tətbiqi məhsuldarlığa böyük töhfə verir.Analoji üsul daha əvvəl Türkiyə, Yunanıstan və Pakistanda tətbiq olunub və müsbət nəticələr əldə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.