” Bir şahmatçının memuarı”kitabının təqdimatı keçirilib

Dünən Mərkəzi kitabxananın oxu zalında, əməkdar məşqçi, Gəncə Şahmat Məktəbinin əsasını qoyan ilk direktor Salman Cavadzadənin ” Bir şahmatçının memuarı” kitabının təqdimat və imza günü keçirildi. Tədbirdə şəhərmizin ziyalıları, ictimai nümayəndələri, əməkdar məşqçi və şahmat ustaları, şahmat məktəbinin kollektivi iştirak edirdi. Əməkdar jurnalist, yazıçı-dramaturq Nüşabə Əsəd Məmmədli müəllifin fəaliyyəti və kitab haqqında iştirakçılara geniş məlumat verdi. Əməkdar müəllim,  Gəncə şəhər 30 nömrəli tam orta məktəbin direktoru, vaxtilə Salman müəllimin şagirdi olmuş İlham Həsənov, “Novosti Ganja” qəzetinin redaktoru İrina Kalaşnikova,  ” Bir şahmatçının memuarı”  kitabının redaktoru, əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim Şaiq Quliyev, Əməkdar məşqçi, 5 qat Azərbaycan Çempionu Lalə Məmmədova, 1979- 1980 ci tədris ilində yaradılan Şahmat Məktəbinin ( Salman müəllimin öz dili ilə desək ), ilk qaranquşu və şahzadəsi, respublika yarışlarının çempionu Təranə Səidova, Gəncə şəhərinin keçmiş icra başçısı Elsevər İbrahimov, professor Hasil Fətəliyev, Mərkəzləşdirilmiş Kitabxana sisteminin direktor müavini Fəridə Qədimova Şahmat Məktəbinin inkişafında, respublika və keçmiş SSRİ, beynəlxalq səviyyədə tanınmasında Salman müəllimin əvəzsiz əməyindən, gözəl, mehriban bir kollektiv, əsl “Şahmat ailəsi” yaratmasından danışdılar. Sonda, Salman Cavadzadə yüksək səviyyədə keçirilən təqdimata və aparıcı, əməkdar artist Simay Altuna, bütün iştirakçılara, kitabxana rəhbərliyinə və kollektivinə öz təşəkkürünü bildirdi. Bildirdi ki, şahmatın əsas şüarı “Gens una sumas”dır, yəni, biz bir ailəyik.  Tədbirin sonunda müəllif öz imzasıyla kitablarını oxucularına və kitabxanaya bağışladı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.