Bütün kitablarını oxuyarsan. Sanki bir qayğıkeş insan yazıların, şeirlərin içindən çıxıb başına sığal çəkər. Üzülmə deyər, üzülmə. Hələ nə həyatlar var bu dünyada, nə dərdlər. Bu dərd dediyin, Ayrılııq dediyin də Allahın bir lütvüdür. Üzülmə deyər, üzülmə. Şeirlər insanın dərdinə şərik olar. Bir adam olub səni bağrına basar. Aysel İndiki Dövrün bu ədəbi mühitindən kənardadı. Yalnız eyni zamanda onun kimi Ədəbiyyata yaxın olan adam az olar. O bir işıq kimi ətrafına işıq tutar. Qayğıkeşdır Aysel. Sözün qayğısın çəkir, Dərdin Qayğısın çəkir.
Quşlar uçub gəlib isti ölkədən
Bir quru dən ucun hay kuy salirsa,
Hamı hər kəs burda səndən savayı
Dərdimi deməyə adam yoxdursa.
Daha bu dünyanın haras ıoldu
Nəyi alındıki, nəyi düz ola .
Ölümü bir addım, sevinci uzaq,
Ha gülək, danışaq, yeni söz olar ?
Yiğişıb dünyanın şəhəri, kəndi,
bir doğma üzünə dəymir nədənsə.
Axı bunlar bilmir mənim ölkəmdə,
Mənim şəhərimdə, dünyam da sənsən.
Axı bilən yoxdu nələr çəkmişəm,
sənin yoxa çıxmış xəyallarında.
Axı bilən yoxdur nələr danışıb,
nələri susmuşam yuxularımda.
Yuxular. Onun yazdıqları da uzun, sonu bitməyən yuxunu xatırladar..
Bir şair ailəsində, şeir ocağında böyüyən Aysel. Hələ də canında sözün yükünü bir irsi xəstəlik kimi daşımaqdadır. Nə gözəldir şeirə yoluxmaq. Doğmaları onun şair olmağını istəməzlər. Bunu dəfələrlə ona bildirərlər. Ona sevgi şeirləri yazmamağı məsləhət görürlər. Mən onları yaxşı başa düşürəm: Bu şeirlərdəki hisslər oxucu üçün tam yeni dünyadır, söylənməmiş düşüncə üsuludur, təpədən dırnağa eşqdən yoğrulubdur. Bu hissləri misralara düzən istedad gözə də gələ bilər, paxıllıqdan törəyən bədxaxlığa da yol açar. Məncə, bu məsləhətin arxasında yalnız narahatlıqla çırpınan bir qayğı dayanır.
Ayselin lirik qəhrəmanları “ayrılıqda qovuşanlardır”. Bu, sevginin o həddidir ki, insan sevdiyini “daimi canına köçürür”.
Ayselin misralarında dərd də gözəlləşir, həsrət də, hətta ölüm də.Yazar sadaladıqlarımı sözlə elə bəzəyir ki, adam onları doya-doya “yaşamaq” istəyir.
“Şəngül, Şüngül, Məngülün nağılı”nı, yəqin ki, hamımız əzbərdən bilirik. Amma həmin nağıla Ayselin müqayisələrindən yanaşdıqda tamamilə yeni düşüncə tərzilə qarşılaşırsan. Dərdə min bir don geydirir Aysel “Axmaq keçi” şeirində. Ağacdələn ağacın gövdəsini necə döyürsə, dərd də onun canını eləcə döyür.
Ana döndüm yanına, gəldim danla balanı,
Heç bilrsən başımda nələr döndü, nə gəldi,
Bəlkə bir az azalda, sevgin dərdi, bəlanı.
Dərd canımda döyünən, qorxaq aqacdələndi.
Sən necə danışmışdın, o nağılı ay ana,
Qapını acmazdı kaş, o qurda bala keçi.
Ürəyimə damırdı bu nağılda hikmət var,
Ən şuluğu, ən tərsi, ən qanmazı, ən kəçi.
Ürəyin yanır mənə, bilirəm qurban olum,
Mənim günahm nədi, axı sənin balanam.
Görəsən nə olacaq, div kimi yorulmuşam,
Yerdə tutduğum dərdə gedib göydə ovunam.
Dərdi dəmə qoymuşam, öz-özünə dəmlənir,
Mən gəlincə tam olar, söhbətləşib içərik
Ana qapnı bərk ört, külək, ölüm girməsin,
Kim gəlsə, qov qapıdan, de özümüz bilərik.
Sən danışan nağıldan baş açmışam sanmıram,
Bir onu yaxşı bildim, dərd qapıdakı qurddu.
Döyüb, döyüb qapını, başını aldatdığı,
Axmaq keçi çildində qorxaq sevgimi uddu.
Dərdi hər simasıyla təsvir edənlər çox olub. Amma onu dəmə qoyub, dəmlənəndən sonra “ içməyə” Ayselin misralarında rast gəlirsən. Bu misralarda dərd-sərdən “div kimi yorulan” adam “yerdə tutulduğu dərdə gedib göydə ovunmaq istəyir. Ruhlarımızın məkanı hesab elədiyimiz göydə. Anasının yanına dərdləşməyə gələn bala dərdi dəmə qoyur ki, dəmlənib tam olsun və ana-bala onu söhbətləşib içsinlər.
Dərdləşməyin təsvirində bir yenilikdi bu.
Bala ananın uşaqkən ona danışdığı nağılın hikmətindən söz açır və daha ecazkar müqayisələrlə bu hikməti bir az da ilahiləşdirir.
Buradakı bənzətmələr oxucu olaraq adamı misraların arasında dönə-dönə gəzişməyə vadar edir və hər dəfəsində də yeni nəfəs duyursan: qurda aldanıb qapını açan keçi və qapını döyən dərdə aldanan “qorxaq sevgi”. Qorxaq sevgilər Ayselin düşüncələrində axmaq keçi cildində qapıdakı qurd olan dərdə aldanırlar və dərd onları udur.
Mən uzun illər ədəbiyyatdan dərs dediyim və dərs deməkdə davam etdiyim şagirdlərimə bunu anlatmağa çalışdım. Ədəbiyyatın saf tərəfini aşılamaqla yanaşı, Aysel Fikrət kimi imzaları oxumağı tövsiyə etdim. Bu onların gələcəyinə uğur gətirər. Onun əsərləri haqqında saatlarca danışmaq olar. Mən bu bir neçə kəlməylə bu gün kifayətlənirəm. Çünki hələ onu bundan belə də çox oxumaq fikrim var. Yazara uğurlar diləyirəm.
Afər Əliyeva