Tədris prosesində ən əhəmiyyətli pedaqoji müntəzəmliyin – təhsilin və onun qarşıya qoyduğu tələblərin effektivliyi, müəllimin bioloji təhsilin məzmunu və tədris metodlarının obyektiv imkanlarından istifadə etmək qabiliyyəti ilə müəyyən edilir.
Şagirdlərin keyfiyyətli təhsil alması üçün biologiya dərslərinin keyfiyyətinin səviyyəsinin inkişafı qarşısında yüksək tələblər qoyulur. Biologiya üzrə dərslərin daha maraqlı və canlı aparılması üçün tədqiqat yönümlü dərslərə də böyük önəm verilir. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün şagirdlər bu dərs növünün komponentlərini, o cümlədən problemi görmək, suallar vermək, fərziyyələr irəli sürmək, izah etmək, sübut etmək, fikirlərini müdafiə etmək kimi bacarıqları mənimsəməlidirlər.
İndiki zamanda hərtərəfli inkişaf etmiş gənclər üçün nəzəri biliklər kifayət deyil – sürətlə inkişaf edən elm daim bir çox elmi biliklərin sürətlə köhnəlməsinə səbəb olur. Müasir əmək bazarındakı rəqabət bir insanın fəaliyyətindən, düşüncə tərzinin çevikliyindən və bilik və təcrübəsini inkişaf etdirmək qabiliyyətindən asılıdır. Dəyişən bir dünyaya müvəffəqiyyətlə uyğunlaşmaq bacarığı, sosial müvəffəqiyyətin əsasını təşkil edir – məktəbin öyrətməli olduğu budur. Bu baxımdan pedaqogikanın fəaliyyətə əsaslanan təlim texnologiyalarına göstərdiyi maraq olduqca başa düşüləndir.
Bioloji bilikləri mənimsəmə prosesində şagirdlər bilik, bacarıq və qabiliyyətlərini artırır, bu onların biliyinin səviyyəsinin daha da inkişaf etdirilməsinə kömək edir. Bütün bunlar bioloji bilik sistemində şadirdlərdə bioloji dünyagörüşün, ateistik baxışların, ekoloji, əmək və mənəvi təhsilin formalaşması üçün zəruri şərtdir. Və bu işdə həqiqətən də böyük zəhmət və enerji sərf edən pedaqoqlarımız çoxdur. Onlardan biri də Gəncə şəhər 37 saylı ümumi orta məktəbin biologiya müəllimi Elnarə Mərəndskayadır.
Mərəndsкaya Elnarə Çingiz qızı 2017-cı ildə MİQ-də iştiraк edərəк, 51 balla Gəncə şəhər 37 saylı ümumi orta məкtəbə biologiya müəllimi təyin olunmuşdur.Öz ixtisasının vurğunudur. Onun fikrincə, müəllim nəinki elm öyrətməli, həm də şagirdin bir şəxsiyyət kimi formalaşmasına nail olmalı, müəllim şagirdin dostu, yardımçısı və idealı olmalıdır. Onun tədris etdiyi fənn haqqında fikirləri həmişə oxucular tərəfindən maraqla qarşılanıb. Bu fikirlər müasir metod və üsullara əsaslanaraq keçdiyi dərslərin əhəmiyyəti barədə çox şey deyir. Onu sizlərə təqdim edirik:
Elnarə Mərəndskaya: – Mən dərslərimdə müasir dövrün təlablərinə cavab verən metodlardan istifadə edirəm.Yeniliyi sevirəm. Кeçən il çox bəyəndiyim layihələrdən olan “STEM Azərbaycanda” layihəsinə qoşulmaqla, şagirdlərimdə biologiya fənninə marağının artmasına bir təkan verdik. Biz dərs planını və prosesini 7E təlim modeli və ya layihə əsasında qurur, şagirdlərin köməyi ilə hazırlanmış müxtəlif STEM resurslarından istifadə edir, dərs prosesində əldə olunmuş nəticə, model və ya prototipin nə dərəcədə gündəlik problemlər üçün əhəmiyyətli olduğunu müzakirə edir və qurulmuş dərs planı əsasında dərs keçməklə tədrisin səmərəliliyinin artırılmasına nail olmağa can atırıq.
Layihə şagirdlərdə biliklə yanaşı bacarıqların formalaşmasına, onların yaratmaq bacarığının inkişafına , o cümlədən riyaziyyat, təbiət fənnləri, texnologiya və mühəndisliк sahələrinin inteqrasiyası nəticəsində yeni bilik, bacarıq və vərdişlərin formalaşmasına səbəb olur. Şagirlərdə yaradıcılıq bacarığının formalaşdırılmasına səbəb olan bu layihə bir çox şagirdlərimin oxumaq, yaratmaq həvəsini artırmışdır. Zəif şagird əlaçı şagirdə çevrilmişdir. Gələcək nəsildə düşünmək, yaratmaq, əməкdaşlıq və s. keyfiyyətlərin formalaşmasına biz müəllimlər nail olmalıyıq.
Mənim fiкrimcə, əyaniliк, yaşamaqla öyrənməк dərsin кeyfiyyətini daha da yüкsəldir. Dərslərimdə eкsкursiyalara, açıq havada təcrübə aparmağa, əyanilikdən geniş istifadə etməyə üstünlüк verirəm, zəif oxuyan, dəcəl şagirdlərin bu yolla dərsə marağının artmasına nail olmasına can arıram. Bu yolla şagirdlər öyrəndiкləri materialı daha tez və uzun müddətə mənimsəmək imkanı əldə edirlər.
VI sinif şagirdləri ilə Bitkilərdə vegetativ çoxalma mövzusunun tədrisini məкtəbin həyətində кeçirtdiк. Şagirdlər məktəbin həyətində çoxlu ağaclar əkdilər, gövdə, yarpaq çılıyı ilə müxtəlif növ güllər becərdilir. Calaq üsulunu bitki üzərində həyata keçirtdık. Bundan əlavə, toxumla çoxalma mövzusunun tədrisində müxtəlif toxumlar cücərtdik. Şagirdlərimin təcrübə nəticəsində əldə etdikləri biliklərin uzun müddət yadda qalmalarına əminəm.
– Elnara müəllimə, siz tədqiqat yönümlü dərslərə üstünlük verən yeganə biologiya müəllimlərindənsiniz. Sizcə, bu praktik dərslər nədir, mahiyyəti nədən ibarətdir və şagirdlər bu zaman nə qazanır?
-Tədqiqat yönümlü dərslər təcrübədə yeni biliklər almağa, bu bilikləri daha da möhkəmləndirməyə, planlaşdırılan nəticəni əldə etməyə yönəlmiş işdir. Bu dərslər şagirdlərin müstəqil yaradıcılıq işlərinin hər hansı digər növlərini də əhatə edə bilər. Tədqiqat işləri – əvvəllər məlum olmayan bir nəticə ilə yaradıcı, tədqiqat işinin həllinə yönəldilmiş əlaqəli işdir. Tədqiqat fəaliyyəti şagirdləri müəyyən bacarıqlara yiyələnməyə, tədqiqat təfəkkür növünün inkişafına, tədris prosesində fəal mövqenin formalaşdırmasına hədəfləyir. Bu cür iş layihə ilə çox oxşarlıqlar daşıyır. Ancaq bu vəziyyətdə bu yalnız dizayn işinin mərhələsidir. Dərslərdə bu fəaliyyətin məqsədi şagirdləri aktiv öyrənmə ilə tanış etmək, onların təhsil və idrak bacarıqlarını inkişaf etdirməyə kömək etmək, biologiyada (xüsusən botanika və ya zoologiya) tədris materialını daha yaxşı mənimsətmək və daha yaxşı öyrətməkdir.
Bu işdə şagirdlər yeni biliklər alır, mənimsəyir, yeni məsələlər və tapşırıqlar üzərində işləyir, müşahidələr və təcrübələr apararaq məşq edir, tədqiqat fəaliyyəti üçün tövsiyə olunan bioloji ədəbiyyatdan müstəqil şəkildə biliklər əldə etməyə maraqlanır, öz biliyini daha da dərinləşdirir.
Bu il 8-ci siniflərdəki dərslərimdə də stem metodundan istifadə edirik. Məsələn, qan dövranının modelini yaratmaqla şagirdlər əyani səkildə böyuk və kiçik qan dovranını daha yaxşı mənimsədilər. Qan qruplarinının təyini, peyvəndin əhəmiyyətini poliklinikada əyani şəkildə öyrəndik. Bu da, hətta zəif şagirdin mövzunu daha yaxşi mənimsəməsinə şərait yaradir.
VII sinif şagirdləri balığın quruluşunu canlı balıq üzərində öyrəndilər. Balığı yararaq, onun daxili quruluşunu incələdik. Şagirdlər İKT –dən istifadə edərək balıqların çoxalmasını, körpə balıqların inkişafını izlədilər. Dərs zamanı şagirdlərim mövzu ilə bağlı müxtəlif əl işləri, referatlar, rəsmlər hazırlayırlar. Bu da təbii ki,mövzunun mənimsənilməsinə, həmçinin əlavə məlumatların əldə edilməsinə səbəb olur.
Mövzuların tədrisində qruplarla, cütlərlə, fərdi qaydada işləmə şagirdlərdə əməkdaşlıq, hörmət, yardım etmək, özünə inam bacarığının formalaşmasına səbəb olur. Hazırladıqları əl işləri onlarda yaradıcılıq və ixtiraçılıq bacarığının yaranmasına səbəb olur.
– Şagirdlər tədqiqat işlərinə cəlb edilərkən qarşıya konkret hansı vəzifələr qoyulur?
– Bunların bir neçəsini qeyd etmək olar: şagirdlərin yaradıcılıq qabiliyyətini formalaşdırmaq və inkişaf etdirmək; problemlər yaratmaq və onların həlli yollarını tapmaq bacarıqlarını inkişaf etdirmək, öyrənmə və özünü tərbiyə etmək üçün bir həvəsləndirici amil yaratmaq. Bu, onların hərəkətləri, qəbul etdiyi qərarlar və görülən işlər üçün fərdi məsuliyyət hissinin əsasını qoyur. Biz bu fəaliyyət ilə şagirdlərdə ünsiyyət bacarıqlarını inkişaf etdirməyə çalışırıq. Bu zaman müəllim və şagirdin birgə fəaliyyəti dövründə onların yaxın münasibətdə, gözəl ünsiyyətdə olmasını müşahidə etmək olar. Biz əməkdaşlıq edirik, birlikdə qarşımıza məqsəd və vəzifələr qoyuruq. Müəllim şagirdin səhvlərini düzəldir, bu işdə əhəmiyyətli olan faktları seçməyə, görülən iş barədə bir fərziyyə formalaşdırmağa, müşahidə və ya təcrübə üçün hansısa bir planı tərtib etməyə kömək edir, mövzuya dair çoxlu sayda məlumatla işləməyi öyrədir . Bu zaman axtarış aparılır, seçim və təhlil edilir və sonda isə bu seçim işdə tətbiq olunur. Ən əsası isə, müəllim həmişə dərsin qarşıya qoyduğu məqsəd və vəzifələrə çatmaq üçün əldə edilmiş bilikləri təcrübədə tətbiq etməkdə onlara kömək edir.
Söhbəti apardı:
Ruhulla Zahidov, yazıçı-jurnalist.
Tesekkurler