Bill Qeyts koronovirusun bitəcəyi vaxtı açıqladı

“Microsoft” şirkətinin təsisçisi Bill Qeyts dünyanı cənginə alan koronavirus epidemiyasının bitəcəyi tarixi açıqlayıb.

Etmtv. news Rusiya mətbuatına istinadən xəbər verir ki, Qeyts verdiyi açıqlamada dünyanın varlı ölkələrinin bu bəladan tezliklə qurtulacağını deyib.

O bildirib ki, koronavirus peyvəndi ilə bağlı problem 2021-ci ilin sonuna qədər həll ediləcək.

Milyarder qeyd edib ki, qalan ölkələrdə isə bu bəla 2022-ci ilin sonunda başa çatacaq.
Qeyd edək ki, Bill Qeyts COVID-19 əleyhinə peyvəndin hazırlanması üçün 300 milyon dollar vəsait ayırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.