Biləsuvar rayon Mədəniyyət Mərkəzinin tamaşa zalında “Pəncərə” teatr studiyasının hazırladığı Nəsiminin həyat və yaradıcılığını əks etdirən “Həqq mənəm” adlı tamaşanın premyerası baş tutdu.
Premyera zamanı Mədəniyyət Mərkəzinin foyesində Biləsuvar rayon Xırmandalı kənd Uşaq İncəsənət Məktəbi şagirdlərinin əl işlərindən ibarət sərgi qonaqlara təqdim olundu.
Tamaşadan öncə çıxış edən Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəis müavini Rəfiqə Cəfərova dahi şairin həyat və yardıcılığı haqqında məlumat verdi və “Nəsimi ili” çərçivəsində qeyd olunan ümumrespublika tədbirlərindən danışdı.
Yaradıcı heyətini Biləsuvarın yerli mədəniyyət işçilərinin təşkil etdiyi “Pəncərə” teatr studiyasının bu yeni tamaşası izləyənlər tərəfindən alqışlarla qarşılandı.
Tədbir iştirakçısı olan təhsil, səhiyyə və mədəniyyət işçiləri, rayon sakinləri tamaşa haqqında xoş fikirlərini bildirdilər.
Qeyd edək ki, sözügedən tamaşanın regionun digər rayonlarında da səhnəyə qoyulması planlaşdırılır.