Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə Naftalan şəhər üzrə Naftalan şəhər Tarix-Diyarşünaslıq Muzeyinin işçilərinin iştirakı ilə şəhər Heydər Əliyev Mərkəzində açıq qapı günü elan edildi.
Tədbirdə Mərkəzin direktoru Elman Alıyev çıxış edərək bildirdi ki, Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Daha sonra Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Eltəkin Quliyev çıxış edərək qeyd etdi ki, tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı cənab İlham Əliyevin, Azərbaycanın birinci xanımı Vitse Prezident Mehriban xanım Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs üçün ən gözəl örnəkdir.