Beyləqanda pilot layihəyə start verilib.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Beyləqan rayonunda yerləşən Mil Təcrübə Stansiyasında pambıqçılığın inkişaf etdirilməsi məqsədilə gerçəkləşən layihəyə əsasən 3 istiqamətdə nümayiş-sınaq işləri aparılacaqdır:
1) Xarici və yerli pambıq sortlarının sınağı aparılacaq (özünü yaxşı göstərən xarici sortlar yerli sortlarla çarpazlaşdırılaraq gələcəkdə yeni sortların alınmasında istifadə ediləcək).
2) Pambığın erkən səpinini həyata keçirmək və eləcə də torpağın münbitliyini artıran – tirəyə səpin texnologiyasından istifadə ediləcək.
3) Suvarma suyuna qənaət, şorlaşmanın qarşısını alan və torpağın xassələrini yaxşılaşdıran mütərəqqi suvarma texnologiyası olan – damcı üsulu ilə suvarma tətbiq ediləcək.
Layihənin təqdimatında Kənd Təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov, Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev, Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov, BM və TB ETİ-nin direktoru Vüqar Bəşirov, Türkiyə Cumhuriyyətinin Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun direktoru Mustafa Koray Şimşək, Şərqi Aralıq Dənizi Elmi-Tədqiqat Kənd Təsərrüfatı İnstitutunun Lifli bitkilər şöbəsinin müdiri Sedat Süllü və digər mütəxəssislər, fermerlər iştirak etmişlər. Tədbir zamanı pilot layihədə pambığın yeni texnologiya ilə səpinə hazırlığı fermerlərə nümayiş edildi.
Beyləqanda pilot layihəyə start verilib.
