Pandemiya dövründə insanların böyük əksəriyyəti təhsilini və işini evdən distant formada idarə edir. Nəticədə planşet, kompüter və smartfonların istifadəsinə geniş yer verilir. Bu cihazlardan mütəmadi istifadə miyop (uzağı görməmək ) xəstəliyinə gətirib çıxarır.
Niderland və Çində aparılan araşdırmalar, Covid-19 pandemiyası səbəbiylə tətbiq olunan məhdudiyyətlər nəticəsində görmə zəifliyinin artdığı ortaya çıxarıb.
Mütəxəssislərin fikrincə, bunun səbəbi insanların iş və təhsillə yanaşı, asudə vaxtlarında da planşet, kompüter və smartfonlardan çox istifadə etməsidir.Gözlərimiz daim yaxın yerə fokuslanır və uzağı görmə qabiliyyətini yavaş-yavaş itiririk.
Çində 6-8 yaşlı 120 min uşaq arasında aparılan araşdırmalar zamanı pandemiya səbəbi ilə miyop (uzağı görməmək) xəstəliyinin üç dəfə artdığı müşahidə edilib. Bu xəstəliyin qarşısı alınmadıqda, retina zədələnmələrinə, gözdə yüksək təzyiq nəticəsində yaranan kataraktaya və hətta sonrakı yaşlarda korluğa da səbəb ola bilir.
Göz sağlamlığı ilə bağlı araşdırma aparan Brien Holden Universitetinin mütəxsəssisləri 21-ci əsrin ortalarına qədər dünyada təxminən beş milyard insanın bu xəstəliyə tutulacağını bildirib.
Xüsusilə sənayesi inkişaf edən ölkələrdə bu rəqəm son illərdə xeyli artmışdır. Tədqiqatlar göstərib ki, təhsil imkanları və ali təhsil səviyyələrinin artmasının görmə zəifliyinin yayılması birbaşa əlaqəsi var.
Mütəxəssislər kompüterlər, smartfonlar və tabletlərdən mütəmadi istifadəni azaltmağı və çöldə təmiz havada xeyli vaxt keçirməyi tövsiyyə edirlər. //Axşam.az