BDU-nun yeni rektor əvəzi vəzifəsinin icrasına başlayıb

Bakı Dövlət Universitetinin (BDU) rektoru əvəzi təyin olunan Firudin Qurbanov vəzifəsinin icrasına başlayıb.

Bu barədə “Report”a  BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib.

O, dekabrın 24-də universitetin prorektorları və rektorun müşavirləri ilə görüşərək müvafiq müzakirələr aparıb, tapşırıqlar verib.

Qeyd edək ki, təhsil nazirinin müavini  F. Qurbanov dekabrın 21-də BDU-ya rektor əvəzi təyin edilib. Bu barədə təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb. F.Qurbanov eyni zamanda təhsil nazirinin müavini vəzifəsində qalacaq.

Xatırladaq ki, Prezident İlham Əliyevin noyabrın 15-də imzaladığı sərəncamla  Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib. Rektor səlahiyyətlərinin icrası isə 1 ay müddətinə universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.