Baytar hazırlığı üçün məşhur Avropa universiteti ilə əməkdaşlığa başlanılıb.
Yüksək ixtisaslı baytar həkimləri yetişdirmək üçün Kənd Təsərrüfatı Nazirliyi Latviya Təbiət Elmləri və Texnologiya Universiteti ilə əməkdaşlığa başlayıb. Baytarlıq təbabəti ixtisası üzrə Avropanın ən qabaqcıl universitetlərindən olan bu universitetlə Azərbaycan Dövlət Aqrar Universitetinin tərəfdaşlığı Aqrar Kredit və İnkişaf Agentliyinin həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsi çərçivəsində baş tutub.
Rektor İbrahim Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetindəki yeniliklərə diqqət çəkib və tədris materiallarının beynəlxalq standartlara uyğunlaşdırılmasının ADAU tələbələrinin dünyanın məşhur universitetlərində təhsillərini davam etdirməsinə imkan verəcəyini qeyd edib.
Tədbir əməkdaşlıq müqaviləsinin imzalanması ilə başa çatıb.
Ruslan Vəliyev, ADAU-nun Aqrobiznes və İdarəetmə fakültəsinin Menecment ixtisasının 3-cü kurs tələbəsi.