Bayraq hər bir Xalqın müqəddəs rəmzi, Zəfər simvoludur

Ulu öndər Heydər Əliyev 1990-cı il noyabrın 17-də Üçrəngli Dövlət Bayrağımızı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq etməklə müstəqil Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanıtmışdır.

30 ildən artıqdır ki, müstəqil dövlətimizin müqəddəs rəmzi olan bayrağımız beynəlxalq və regional təşkilatların önündə milli varlığımızın, dövlətimizin mövcudluğunun, suverenliyimizin əbədi simvolu kimi əzəmətlə dalğalanır.

Bayraq hər bir xalqın Milli Qürur və Ləyaqət mənbəyidir. Cənab İlham Əliyev işğal altında olan torpaqlarımızı azad edərək, ərazi bütövlüyümüzü təmin edərək Milli Qürurumuzu və Ləyaqətimizi bərpa etdi.

Zəfər Bayrağımız 5 il əvvəl Azadlıq meydanına gətirilərək Hərbi paradda nümayiş etdirildi.

Ali Baş Komandanımız Zəfər Bayrağını ucaltmaqla Azərbaycanı Bütövləşdirdi.

Bu gün Şuşada, Zəngilanda, Bala Göyçədə, bütün Qarabağ və Şərqi-Zəngəzurda Üçrəngli Bayrağımız dalğalanır.

lbəttə, azad edilmiş ərazilərimizdəki Bayrağımız həm də şəhidlərimizin qanı bahasına ucalıb, rəşadətli Ordumuzun cəsur Qazilərinin hesabına dalğalanır. Həmin torpaqların hər qarışında öz canlarını Vətənə bağışlamış şəhidlərimizin qanı vardır, bayrağımızdakı qırmızı rəngi həm də şəhidlərimizin müqəddəs qanının simvoludur. Qazilərimizin igidliyi sayəsində bu Bayraq Qarabağın əmanətidir. Buna görə, hər birimiz şəhid ailələrinə, qazilərimizə borcluyuq.

Bayrağımız indi Göyçədən, Zəngəzurdan daha aydın görünür.

Bu gün Xudaəfrin körpüsü üzərində, Araz çayının yüz kilometrlərlə hüdudlarında Bayrağımız ucalıb.

Üçrəngli Bayrağımız Arazın o tayında 40 milyonluq soydaşımıza indi bir Nəfəs qədər yaxındır, Cənubdakı Azərbaycanın ürəyi də Bu Bayrağın Hilalı və Vətənin eşqi ilə döyünür.

50 milyonluq Azərbaycanlı bu gün Milli Qürur və Ləyaqətlə öz Bayrağı ətrafında sıx birləşib.

Zəfər Bayrağımız 50 milyonu Birləşdirir.

Tanrı 50 milyonluq xalqımızın Bütövlüyünü qorusun.

Əziz həmvətənlər hər birinizin Bu Müqəddəs Bayramını təbrik edirəm!

Vaqif Abdullayev,

Siyasi elmlər doktoru, professor.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.