Bayrağımızın rəngləri Qətərin məşhur binasında və Tiflis qülləsində

Qətərin paytaxtı Doha şəhərinin ən məşhur və unikal tikililərdən biri olan “Şeraton” otelinin binası üzərində Azərbaycan Respublikasının Dövlət bayrağı əks olunub.
Sözügedən görüntü 28 May – Respublika günü münasibəti ilə yaradılıb.
Bu hadisə Qətərdəki soydaşlarımız tərəfindən rəğbətlə qarşılanıb və şəhərin yerli, əcnəbi sakinlərinin marağına səbəb olub.
Qeyd edək ki, bu binada indiyə qədər 2 dövlətin bayrağı işıqlandırılıb.
Bu aksiya digər dövlətlərdə də təkrar olunub.
Gürcüstanın paytaxtı Tiflisin əsas simvollarından olan – televizya qülləsi və “Sülh körpüsü” də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb və  Azərbaycanın 28 May – Respublika Gününə həsr edilib.
Aksiya Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə təşkil olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.