“Banu” rəqs kollektivi beynəlxalq festivalda ölkəmizi uğurla təmsil edib

Bərdə Regional Mədəniyyət İdarəsinin Mingəçevir şəhər Şəhid F.Qasımov adına Uşaq İncəsənət məktəbinin “Banu” rəqs kollektivi Türkiyənin Anamur vilayətində keçirilən 13-cü Uluslararası Kültür və Muz festivalında iştirak edib.

Festival Türkiyə Cümhuriyyətinin Anamur Bələdiyyəsi tərəfindən təşkil olunub.

Məktəbin “Banu” rəqs kollektivinin çıxışları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Festivalın sonuncu günü “Banu” rəqs kollektivi fəal iştirakına görə təltif olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.