Balaca gimnastımız Mina Abbasova 1 ayda 4-cü medalını qazandı

29 noyabr-1dekabr tarixlərində Macarıstanın Budapeşt şəhərində Bədii Gimnastika üzrə​ X ənənəvi beynəlxalq “Yeni il” kuboku uğrunda yarışlar keçirilib. Turnirlərdə Macarıstanla yanaşı, İtaliya, Kipr, İsrail, Ukrayna, Slovakiya, Çexiya, Latviya, Rusiya, Gürcüstan, Xorvatiya, İrlandiya və Azərbaycanın​ 21 klubundan 400-ə yaxın gimnast iştirak edib. Həmyerlimiz​ – artıq yalnız qələbələrinə adət etdiyimiz​ on​ yaşlı Mina​ Abbasova bu dəfə də​ üçrəngli bayrağımızı zirvəyə qaldıraraq 2010-cu il təvəllüdlü gimnastlar arasında birinciliyi əldə edib və noyabr ayı ərzində​ 4-cü medalını – ümumilikdə isə 39-cu medalını (15 qızıl, 20 gümüş, 4 bürünc)​ qazanıb.
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Balaca Minadan başqa Azərbaycanı bu yarışlarda “Gym kids” klubu da təmsil edib. Öz uğurlu çıxışları ilə müxtəlif yaş qruplarından olan​ gimnastlarımız: 
– Əlizadə Fatimə (2012), Aybəniz​ Qafarova (2014), Samirə Rzayeva​ (2014), Daniela Səfarova (2010) 1-ci yerlərə, Məryəm Novruzova (2013), Məryəm Baloğlanova (2012) və Alina Həşimova​ (2010) 2-ci yerlərə sahib olublar.​
​ ​ ​ ​ ​ ​ Xatırladaq ki, Mina Abbasova valideynlərinin müvəqqəti yaşadığı ölkədə -​ Macarıstanda 5 yaşından etibarən “Rus RG” sport klubunun üzvüdür və orada gimnastika ilə peşəkar səviyyədə məşğul olur. Tətil günlərində Bakıya​ gələn​ Mina məhz “Gym kids” klubunda məşqlərini davam etdirir. Ona görə də bu klubdakı yaşıdlarının​ Macarıstanda qazandığı uğurlar Minanı hədsiz sevindirir.
Biz də sənin sevincinə qoşuluruq, Mina!​ Qoy, Azərbaycanın adına qələbələr gətirən övladlarımız hər zaman çox olsun!

Fəridə Aslanova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.